ASGA şəhid Niyazi İsgəndərov haqqında sənədli film ərsəyə gətirəcək

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti sənədli filmini təqdim edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov məlumat verib: "Şəhid Niyazi İsgəndərov ilahidən taleyinə yazılan qısa, lakin şərəfli ömür payını sevə-sevə yaşayıb. Azərbaycan Ordusunun çavuşu olan Niyazi İsgəndərov1982-ci il oktyabrın 13-də Qərbi Azərbaycanın çəmbərək rayonunun , çaykənd kəndində dünyaya göz açıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhadətə yüksələn qəhrəman Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Niyazi İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı