Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Metbuat.az xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan seçməsi martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı