Güneyli müəllim azadlıqdan məhrum edildi - FOTO

İranın paytaxtı Tehranda, müəllim beş il müddətinə azadlıqdan məhrum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı Müəllimlərin Həmkarlar İttifaqının Koordinasiya Şurasına istinadla xəbər yayıb. Açıqlamada qeyd edilir ki, “Evin” həbsxanasında məhkum olan güneyli müəllim və fəal Cəfər İbrahimi beş il müddətinə azadlıqdan məhrum edilib.

Məlumat üçün bildirək ki, Cəfər İbrahimi Müəllimlər Birliyinin 2022-ci il 1 may tarixinə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı