Lənkəran rayon Şürük kənd tam orta məktəbin məzunu məktəbi öz hesabına təmir etdirib.
Metbuat.az xəbər verir ki, bu barədə Təhsil tv məlumat yayıb.
Belə ki, mexanika üzrə fəlsəfə doktoru, "Emin TK MMC"nin rəhbəri Emin Bağırov təmir etdiyi məktəbdə 10-11-ci siniflərdə oxuyub. O qeyd edib ki, illərdən sonra məktəbə gedib və təhsil ocağının durumunun pis vəziyyətdə olduğunu görüb. Bundan sonra o məktəb rəhbərliyindən icazə alıb və təmir işlərini həyata keçirib.
Daha ətraflı videoda: