"Qanlı Ay" tutulması: Bu bürclər fürsətlərə çatacaq

Yaxın günlərdə “Qanlı Ay” tutulması baş verəcək. Astrologiyaya görə, ay tutulmaları bütün bürclərə təsir edir.

Dostlarınızda və əlaqələrinizdə bir sıra dəyişikliklər yaşaya, yeni insanlarla tanış olub qalıcı dostluqlar və yeni insanlardan faydalar görməyiniz mümkün olacaqdır. Tutulmanın digər bir təsiri isə maddi anlamda olacaq. Bürclər uzun müddətdir gözlədiyi müsbət istiqamətdə fürsətlərə çata bilərlər.

Metbuat.az “Qanlı Ay”ın proqnozlaşdırılan təsirləri barədə məlumatı təqdim edir:

Qoç və Tərəzi: Münasibətlərinizə tarazlıq gələcək. Yaxın zamanda problemlər yaşasanız da, ortaq məxrəcə gəlmək mümkündür.

Buğa və Əqrəb: Maliyyə məsələlərində dəyişikliklər gözlənilir. Yeni imkanlar və ya problemlər yaranacaq.

Əkizlər və Oxatan: Ünsiyyət və düşüncələrinizdə dəyişikliklər yaşayacaqsınız. Yeni məlumatların çoxluğu sizi yüklənmiş hiss etdirəcək.

Xərçəng və Oğlaq: Ailə və karyera məsələlərində dəyişikliklər sizi yoracaq. Ev və iş arasında tarazlıq yaratmaq vacibdir.

Şir və Dolça: Şəxsi məqsədlər və dostluq münasibətlərində ehtiyatlı davranın. Yeni hədəflər təyin etmək və sosial mühiti dəyişdirmək potensialınız olacaq.

Qız və Balıqlar: Sağlamlıq və əhval-ruhiyyə məsələlərində öz ehtiyaclarınızı nəzərdən keçirmək və təkmilləşdirmək prosesinə daxil ola bilərsiniz.

Aidə / Metbuat,az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı