Finlandiyanın Baş naziri Kiyevdədir

Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynaya səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin "Twitter" hesabında bildirilib.

"Mən Finlandiyaya verdiyi hərbi və humanitar dəstəyə, sanksiyalara və Sülh Formulasının bir sıra maddələrinə birgə rəhbərlik etməyə hazır olduğuna görə təşəkkür edirəm. Finlandiyanı payızda keçiriləcək Müdafiə Sənayesi Forumumuzda iştirak etməyə dəvət etdim", - Zelenski paylaşımında qeyd edib.

Finlandiya Baş naziri Orpo bildirib ki, onun ölkəsi Ukraynaya və Ukrayna xalqına dəstək verməyə davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı