Türkiyədə 10-u FETÖ üzvü Yunanıstana qaçarkən yaxalanıb

10-u FETÖ üzvü olan 13 nəfər Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən yaxalanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Sərhədlərimizdə qeyri-qanuni keçidlərə qarşı mübarizəmiz davam edir. Ölkəmizdən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 13 nəfər sərhəd qartallarımız tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində həbs edilənlərdən 10-nun FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib" - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı