Məşhur proqramın yeni buraxılışı Azərbaycana həsr edildi

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Türkiyənin “TV8” kanalı “MasterChefTürkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.

“MasterChefTürkiye”nin Azərbaycan buraxılışı bu gün Bakı vaxtı ilə saat 21:00-da “TV8”də yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı