​BRİCS 6 ölkəni üzv olmağa dəvət etdi

BRİCS Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya, İran və Misirin üzvlük ərizələrini qəbul edərək və onları təşkilata qoşulmağa dəvət edib.

Metbuat.az xəbər verir ki, Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRİKS Sammitində BRİKS ölkələri təşkilata yeni üzvlərin qəbul edilməsi ilə bağlı razılığa gəliblər. Bu çərçivədə Cənubi Afrika prezidenti Siril Ramafosa Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın BRİKS-ə üzv olmağa dəvət edildiyini açıqlayıb.

Qeyd edək ki, Yohannesburqda keçirilən 15-ci BRİKS Sammitində qəbul edilən bu qərarla BRİKS-ə üzv ölkələrin sayı 11-ə yüksələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı