Krımda nə baş verir? - Ukrayna bayrağı qaldırıldı

Ukrayna əsgərləri Krım yarımadasında Ukraynanın dövlət bayrağını asıb.

Metbuat.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Qeyd edək ki Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov ukraynalı əsgərlərin xüsusi əməliyyat çərçivəsində Krıma daxil oluğunu açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələri ilə birgə Krımda xüsusi əməliyyat keçirib.

"Xüsusi əməliyyat çərçivəsində əsgərlər yarımadaya daxil olub. Hədəflərə çatıldı. Əsgərlərimiz arasında itki yoxdur” - mətbuat katibi Andrey Yusov deyib.

Xüsusi əməliyyatın davam etdiyini deyən Yusov bütün detalları açıqlamayacaqlarını bildirib. Yusov Rusiya qüvvələrinin itkilər verdiyini iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR