Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 750 baza bəndi artırıb.
Metbuat.az xəbər verir ki, faiz qərarından sonra dollar ucuzlaşaraq 26,68 TL-yə düşüb. Məlumata görə, qərardan əvvəl dollar 27,20 lirədən alınıb. Bildirilir ki, Mərkəzi Bank qərarından əvvəl dollar/TL 27,21TL, avro isə 29,676TL olub.
Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi siyasət faizi olan bir həftəlik repo hərrac faizini 750 bənd artıraraq 25 faizə yüksəldib. Bankın gözləntiləri üstələyən faiz artımı qərarından sonra dollar və avro ucuzlaşıb.
Dollar 26,64-ə qədər gerilədiyi halda, avro 28,99-a düşüb.