ABŞ-nin tarixində sabiq prezident olaraq cinayət məsuliyyətinə cəlb olunan Donal Trampın şübhəli şəxs kimi fotosu çəkilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın çəkilən fotusu sosial şəbəkərlərdə yayılıb və böyük marağa səbəb olub.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb. Onun girov məbləği 200 min dollar təşkil edib. O, təxminən 20 dəqiqə həbsdə olub, orada onun şəkli də çəkilib, bundan sonra korteji Atlantadakı Hartsfild-Cekson Beynəlxalq Aeroportuna yola düşüb.