31 il əvvəl itkin düşmüş Nofəl Qurbanov torpağa tapşırılıb

31 il əvvəl birinci Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov Sabunçu rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhər ictimaiyyəti, şəhidin ailə üzvləri, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki Qurbanov Nofəl Nəriman oğlu 1971-ci ildə Bakıda doğulub. Bakı şəhəri 82 nömrəli məktəbi bitirib, 1991-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Qızğın döyüşlər zamanı ön cəbhədə vuruşub. 1992-ci ildə Daşaltı əməliyyatında itkin düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR