Tanınmış azərbaycanlı futbolçu qəfil vəfat etdi

Azərbaycan futbolunha ağır itki üz verib.

Metbuat.az "Fanat.az"a istinadən bildirir ki, Şəhriyar Rəhimov dünyasını dəyişib. Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR