Mbappe PSJ-nin müqavilə təklifinə cavab verdi

Kilian Mbappe PSJ-nin son təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, futbolçu ona edilən şərtləri qəbul etməyib. “Marca” qəzetinin məlumatına görə, PSJ-nin son müqaviləsində futbolçunun sərbəstqalma məbləği barədə yeni rəqəmlər olub.

İddialara görə, PSJ Mbappenin sərbəstqalma məbləğini 250 milyon avro qeyd edib. 24 yaşlı futbolçu isə müqavilədən imtina edib. PSJ-nin nümayəndələri Mbappenin təklifi tədd etməsindən sonra məsələni klub prezidenti Nasser Al Xelaifinin öhdəsinə buraxıb.

Qeyd edək ki, PSJ bundan əvvəl Mbappe ilə yeni müqavilənin imzalanması üçün razılıq əldə edildiyini yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı