"Priqojinin ölümünün arxasında Putin ola bilməz" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Yevgeniy Priqojinin ölümündən danışıb.

Metbuat.az BRİEF-ə istinadən xəbər verir ki, o bildirib ki, "Vaqner" rəhbərinin ölümünün arxasında Putin ola bilməz:

"Priqojinin ölümünün arxasında Putin ola bilməz. Bunu kimin etdiyini deyə bilmərəm. Mən böyük qardaşımın vəkili də olmayacağam. Amma mən Putini tanıyıram. O, ehtiyatlı, çox sakit və hətta ləng insandır. Ona görə də bunu Putinin etdiyini, Putinin günahkar olduğunu təsəvvür edə bilmirəm. Bu baxımdan çox kobud, qeyri-peşəkar işdir”, - Aleksandr Lukaşenko vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı