Tahir Kərimli müraciət yaydı: "Bizi gözdən salmaq üçündür"

Deputat Tahir Kərimli feysbuk hesabından müraciət yayımlayıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, sosial mediada 30 yaşdan yuxarı evlənməyən şəxslərin vergiyə cəlb olunmasını təklif etdiyi ilə bağlı məlumatlar doğru deyil.

"Müəyyən saytlarla əlaqə saxladıq, yalan məlumatları çıxartdılar. Bəziləri hələ də saxlayıb. Partiyamız hüquqi yolla bu məsələ ilə məşğul olacaq. Siz bilirsiniz ki, xalqın, gənclərin işlə və evlə təmin olunması üçün daim təkliflər verirəm. Mənim gənclərin evlənmədikləri təqdirdə vergi verməsini deməmişəm.Belə şeylərə inanmayın. Bizi gözdən salmaq üçündür".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı