Vaqnerçilər orduya birləşdirilir: "Bu ölkədə qırğına göndəriləcəklər"

"Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin ölümündən sonra vaqnerçilər Rus ordusuna birləşdiriləcək.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib. O bildirib ki, muzdlular orduya inteqrasiya edilərək qırğın üçün Ukraynaya göndəriləcəklər.

Kovalenkoya görə, muzdlular artıq Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayırlar və tezliklə döyüş bölgəsinə gələcəklər. Onların hansı cəbhədə döyüşəcəyi isə əməliyyatların gedişindən asılı olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı