“Azərbaycanlıların həyatı Qərb üçün heç vaxt əhəmiyyət kəsb etməyib” - Nəsimi Ağayev

“Azərbaycanlıların həyatı Qərb üçün heç vaxt əhəmiyyət kəsb etməyib”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X”də paylaşım edib.

“Əksər Qərb mediası Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə yenidən qurulması və Ermənistanın cinayətlərindən sağ çıxan minlərlə azərbaycanlının öz ata-baba yurdlarına qayıtmasının heyrətamiz hekayəsinə məhəl qoymur. Niyə? Çünki onların liberallığı həmişə yalnız ermənilərin həyatı ilə məhdudlaşıb. Azərbaycanlıların həyatı onlar üçün heç vaxt əhəmiyyət kəsb etməyib. Ermənistanın insanlığa qarşı cinayətlərinin qurbanı olan 1 milyon azərbaycanlının onlar üçün heç bir əhəmiyyəti olmayıb. Niyə? Cavabı bilirsiniz!”,- deyə diplomat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı