Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında şəhər günü tədbirləri keçirilir.

Mədəniyyət Nazirliyindən Metbuat.az-a bildirilib ki, "Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib. Düşərgədə xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs və s. nominasiyalar üzrə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edib.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, fləşmob keçirilib.

Xalq artistləri, xanəndə Gülyanaq Məmmədova, tarzən Elçin Həşimov, Əməkdar artistlər, rəqqasə Eteri Cəfərova, müğənni Anar Hüseynli, Əməkdar müəllim, professor Hökümə Əliyeva, müğənni Elnarə Xəlilova, aşıq Əli Quliyev, bədii qiraət ustası Xəzər Süleymanlı və başqaları tərəfindən ustad dərsləri təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı