Fransa bu ölkəyə hücuma hazırlaşır - Toqquşma gözlənilir

Fransa hərbi çevrilişin baş verdiyi Nigerə hücum edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Niger mənbələri yazıb. Nigerdə hesab edirlər ki, Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyi ordusu altında Nigerə girə bilər.

Məlumata görə, Qərbi Afrika Ölkələri İqtisadi Birliyi ölkələrində fikir ayrılığı olduğu üçün bu dövlətlər Nigerə hərbi müdaxilə etmək istəmir. Nigerdə nəzarəti əldən verən Fransa isə nüfuzunu bərpa etmək istəyir.

Qeyd edək ki, Nigerdə hərbi çevrilişdən əvvəlki hakimiyyət Qərb tərəfdarı olmaqla seçilirdi. Hazırki hakimiyyətin isə Rusiya tərəfdarı olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı