Ukrayna ordusu cənub cəbhəsində Rusiyanın ən güclü müdafiə xəttini yarıb.
Metbuat.az xəbər verir ki, bu barədə yerli media ordu nümayəndələrinə istinadən məlumat verib. Bildirilir ki, Ukraynanın cənub-şərqində yerləşən Robotin kəndinin işğaldan azad edilməsi starteji irəliləyişdir. Ukrayna ordusu bu istiqamətdə irəliləyərək Azov dənizi istiqamətində yerləşən streteji əraziləri də ələ keçirə bilər.
Xəbərdə deyilir ki, Rusiya ordusunun müdafiə xəttinin yarılması, ruslar arasında koordinasiyanın pozulmasına səbəb olacaq.