"Cəsədi qəzaya düşən təyyarədə soyuducuda idi" - Sergey Jirnov

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov "Vaqner" təşkilatının rəhbəri Yevgeni Priqojinlə bağlı yeni iddialar səsləndirib.

Metbuat.az xəbər verir ki, Sergey Jirnov Priqojinin daha əvvəl öldürüldüyünü və qəzaya düşən təyyarədə onun cəsədinin olduğunu deyib:

"Vaqner qiyamında Priqojini həbs etdilər, işgəncə verərək öldürdülər. Onun cəsədi qəzaya düşən təyyarədə soyuducuda idi. Vaqner muzdlularını susdurmaq üçün saxta foto və videolar ortaya atdılar. Onun Belarusdakı bütün çəkilişləri gecə aparılıb və orada onu müəyyən etmək çətindir. Sonuncu dəfə Afrikadakı videomüraciəti də saxtadır. 50 dərəcə istidə, tam təchizatda onda bir damcı da tər yoxdur, heç dərisi də parlaq deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı