Nümayişçilər Fransanın hərbi bazasının ətrafına toplaşdı

Nigerdə fransız əsgərlərin ölkədən çıxmasını tələb edənlər sakinlər paytaxt Niameydəki Fransa hərbi bazası ətrafında mövqe tutublar.

Metbuat.az xəbər verir ki, Fransanın Niameydəki səfiri Slyvain Ittenin "Niamey 101" kimi tanınan Fransa hərbi bazasında gizləndiyini iddia edən nümayişçilər baza ətrafında dayanıblar. Rusiya, Şimali Koreya, Çin və Niger bayraqlarını dalğalandıran qrup “Fransız əsgərlərini istəmirik” yazılı plakatlar daşıyıb.

Qeyd edək ki, Nigerin Xarici İşlər Nazirliyi Fransız səfir İtennin ölkəni tərk etməsini tələb edib. Fransa isə səfirin geri çağrılmayacağını bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı