İndoneziyada Sulavesi adasının sahilində 5,6 maqnitudalı zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təqribən Modisi şəhərindən 46 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.