Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat vevrilib. Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, B qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq.

Bolqarıstanın ev sahibliyi edəcəyi qrupda mübarizə bu gün başlayacaq. Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları B qrupda yer alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR