Qərbi Azərbaycan İcması Bəyanat yaydı

Qərbi Azərbaycan İcması 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda deyilir:

Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüşdür.Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və “Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya”da təsbit edilmişdir.

Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.

Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, məcburi itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR