Daha bir ölkədə hərbi çevriliş elan edildi - FOTO

Qabonda prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra milli televiziya binasına daxil olan bir qrup əsgər idarəçiliyi ələ keçirdiklərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada seçkilərin ləğv edildiyi və ölkə sərhədlərinin bağlandığı qeyd edilib.

Bəyanatda deyilir: "Müdafiə və təhlükəsizlik qüvvələri olaraq, Qurumların Keçid və Bərpa Komitəsində birləşmişik. Qabon xalqı adından mövcud rejimə son qoymaqla sülhü müdafiə etmək qərarına gəldik”.

Məlumata görə, paytaxt Librevildə silah səsləri eşidilib.

Qeyd edək ki, Mərkəzi Afrika ölkəsi Qabonda 800 mindən çox qeydiyyatdan keçmiş yerli seçici qanunvericiləri, milli assambleya üzvlərini və növbəti prezidenti müəyyən etmək üçün seçkilərdə səs verib. Hazırki Prezident 64 yaşlı Qabon prezidenti Əli Bonqo Ondimba üçüncü dəfə qalib gəlib.

Fotoğraf: AA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı