​Dünyanın ən bahalı pendiri "Ginnes"ə düşdü

Dünyanın ən bahalı pendiri "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Metbuat.az xəbər verir ki, İspaniyada 2,2 kq "Cabrales" mavi pendiri hərracda 30 min avroya satılaraq "Ginnesin Rekordlar Kitab"ına düşüb.

Pendirin istehsal edildiyi "Los Puertos" fabrikinin sahibi Pendasın anası Rosa Vada bildirib ki, pendir 1400 metr yüksəklikdəki mağarada 7 dərəcə selsidə yetişdirilib.

Qeyd edək ki, bundan əvvəl bahalı pendirin qiyməti "Ginnesin Rekordlar Kitabı"nda qiyməti 2019-cu ildə 20.500 avro olaraq təyin edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı