"Qarabağ"ın oyununu "İdman TV" yayımlayacaq - Qərar dəyişdi

UEFA Avropa Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” – “Olimpiya” oyunu “İdman TV”də yayımlanacaq.

Metbuat.az xəbər verir ki, matçın əvvəlcədən “CBC Sport” vasitəsilə nümayiş etdiriləcəyi bildirilsə də, yayım yenidən “İdman TV”yə verilib.

Qeyd edək ki, “Qarabağ”ın səfərdə “Olimpiya”ya 2:0 hesabı ilə qalib gəldiyi matçın yayımı zamanı problemlər ortaya çıxmışdı. Qarşılaşmanın “İdman TV”də yayımlanacağı deyilsə də, kanal yalnız 69-cu dəqiqədən etibarən Sloveniyadan canlı yayım vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR