Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş keçirilib - FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə sentyabrın 1-3-də Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyindən Metbuataz-a bildirilib ki, bu münasibətlə avqustun 30-da Mədəniyyət Nazirliyində foruma qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub.

Görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb.

Qeyd edək ki, Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR