100 milyonluq futbolçunu qovdular

“Ayntraxt Frankfurt”ın hücumçusu Randal Kolo Muanini heyətdən uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, buna səbəb futbolçunun klubdan ayrılmaq istəməsidir. Məlumata görə, Muani PSJ klubuna keçmək istəyir. Bildirilir ki, PSJ futbolçu üçün “Ayntraxt Frankfurt”a 100 milyon dollar civarında təklif edib. Məlumata görə, “Ayntraxt Frankfurt” təklifi rədd edib. Klub bu məbləğin az olduğunu hesab edir. Bildirilir ki, “Ayntraxt Frankfurt” klub üçün 100 milyon avro tələb edir. “Ayntraxt Frankfurt” rəhbərliyi 24 yaşlı futbolçuya qarşı sərt qərarlar qəbul edəcəyini qeyd edib.

Qeyd edək ki, Randal Kolo Muani bir sıra Avropa klublarının diqqətindədir. Randal Kolo Muani 2022-23 mövsümündə Frankfurt “Ayntraxt”ında ümumilikdə 46 oyun keçirib, 23 qol vurub, 17 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR