​Hərbi çevriliş olan Qabonda keçid hökuməti quruldu

Hərbi çevrilişin baş verdiyi Qabonda keçid hökuməti qurulub.

Metbuat.az xəbər verir ki, dövlət televiziyasında oxunan bəyanatda general Nguemanın yekdilliklə keçid hökumətinə başçı təyin edildiyi açıqlanıb. Bildirilir ki, general Nguema hərbi karyerasından sonra keçmiş prezident Ömər Bonqonun köməkçisi olub.

Prezident Əli Bonqo hakimiyyətə gələndən sonra tərəflər arasında fikir ayrılıqları yaranıb. Ardınca Prezident Nguemanı Qabonun Rabat və Dakar səfirliklərinə Hərbi Attaşe göndərərək ölkədən uzaqlaşdırıb.

Ardınca Nguema Prezident Sarayına qayıdıb və Respublika Qvardiyasının komandanı vəzifəsinə yüksəlib. Nguema Respublika Qvardiyasının tərkibində birbaşa Əli Bonqoya tabe olan Xüsusi Müdaxilə bölməsini quraraq, mövqeyini gücləndirib. Nguemanın Bonqo ailəsi ilə qohumluq və yaxın münasibətləri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı