Müdafiə nazirləri Afrikadakı hərbi çevrilişlərlə bağlı toplandı

Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri İspaniyada qeyri-rəsmi görüş keçirib.

Metbuat.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel toplantıdan sonra mətbuat konfransı keçirib.

Borrel vurğulayıb ki, Avropa İttifaqı indiyədək Ukraynaya silah daşınmasının birgə maliyyələşdirilməsi üçün 3,6 milyard avrodan çox vəsait köçürüb. Ukraynaya daha çox hərbi yardım göndərilməsini tələb edən Borrell, müharibədə NATO ilə koordinasiyanın vacib olduğunu qeyd edib.

Borrel Rusiyanın Taxıl Dəhlizi müqaviləsini ləğv etməsinin bütün dünyaya və Avropaya təsir edəcəyini bildirib. Borrel “Vaqner”in qurucusu və lideri Yevgeni Priqojinin təyyarə qəzasında ölməsindən sonra Rusiyanın “Vaqner”ə yeni lider gətirəcəyini deyib:

“Vaqner” muzdluları Afrikada işlərini davam etdirəcəklər. Rusiyadan nizami ordular göndərilməyəcək. Çünki bu, həddindən artıq ifrat olardı. Ona görə də muzdlu əsgərlər göndərirlər və onlar mütləq Rusiyanın siyasi gücünə uyğundurlar. Nigerdən sonra Qabondakı hərbi çevriliş onsuz da kövrək olan bölgədə yeni bir qeyri-sabitlik dövrünü açdı. Biz təbii olaraq Niger və digər ölkələrdə də vətəndaşlara kömək edirik. Afrika Afrikanın özü üçün həll yolu tapmalıdır, Avropa İttifaqı yalnız alınan tələblərə uyğun yardım göstərə bilər, lakin hələlik konkret tələb yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı