“Azərbaycanın şəhid övladı” – Şəhid Niyazi İsgəndərov haqqında sənədli film təqdim olundu - MİNGƏÇEVİRDƏ

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti sənədli filmini təqdim edib.

Bu barədə Metbuat.az-a ASGA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov bu günə qədər 14 film ərsəyə gətirdiklərini deyib:

"Şəhid Niyazi İsgəndərov ilahidən taleyinə yazılan qısa, lakin şərəfli ömür payını sevə-sevə yaşayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhadətə yüksələn qəhrəman Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Həm aprel döyüşlərində, hım də 44 günlük savaşda böyük qəhrəmanlıq göstərən Şəhidimizin həhat yolunu hər kəs bilməlidir. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Agentliyin rəhbərliyinə, ideyamızı dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Daha sonra Şəhid Niyazi İsgəndərovun atası Şahvələd İsgəndərov çıxış edərək filmin texniki heyətinə, Agentliyə, ASGA rəhbərliyinə təşəkkür edib.

Məlumat üçün qeyd edək ki, təqdimat mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Seymur Hidayətov, Şəhər YAP təşkilatının rəhbəri Bəxtiyar Mustafayev, BİG Group rəhbəri Emil Əkbərov, QHT və media nümayəndələri, şəhid ailələri və Qazilər iştirak ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı