Ukrayna Rusiyanı “karton” PUA ilə bombaladı

Ukrayna ilk dəfə “karton” pilotsuz uçan aparatdan istifadə edərək Rusiyaya hücum edib.

Metbuat.az xəbər verir ki, “karton” pilotsuz uçan aparatların rusların 5 təyyarəsinə zərər verdiyi iddia edilib. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya hava limanına edilən hücum Avstraliyadan əldə edilən "karton" pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Kursk hava limanında bir MiQ-29 və dörd Su-30 qırıcısının vurulduğu bildirilib. Pilotsuz uçuş aparatları təyyarədən əlavə iki Pantsir raket qurğusuna və S-300 hava hücumundan müdafiə sisteminə də ziyan vurub.Hücumda istifadə edilən dronların dəyəri cəmi 3500 dollardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı