Bu şəhid övladlarının sevincli günüdür - SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu il tələbə adını qazanan minlərlə yeniyetmə arasında şəhid övladları da var.

Zəfər İctimai Birliyinə istinadla tələbə adını qazanan şəhid övladlarının siyahısını təqdim edirik:

Şəhid polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Energetika mühəndisliyi

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu - İstanbul Texniki Universiteti, ADA Universiteti

Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Əlihəsən Orucov - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənaye mühəndisliyi

Şəhid baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova - ADA Universiteti, Hüquqşünaslıq

Şəhid çavuş Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərov - Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları

Şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev - Giresun Universiteti, İqtisadiyyat

Şəhid polkovnik Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kommunikasiya sistemləri mühəndisliyi

Şəhid baş leytenant Elmar İbayevin oğlu Hikmət İbayev - Alanya Alaaddin Keykubat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti

Şəhid mayor Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev - ADNSU, Elektrik və elektronika mühəndisliyi

Şəhid çavuş Bəxtiyar Bəkirovun oğlu Yavər Bəkirov - Azərbaycan Tibb Universiteti, Hərbi tibb

Şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli - Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi

Şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva - Azərbaycan Dövlət Pedoqoji Universiteti, Riyaziyyat müəllimliyi

Şəhid baş leytenant Orxan Əsgərovun qızı Aysu Əsgərli - Bursa Uludağ Universiteti, Diş həkimliyi

Şəhid miçman Mirzə Axundovun oğlu Ağasəlim Axundzadə - İstanbul Aydın Universiteti, Biomedikal

Şəhid mayor Sübhi Mürsəliyevin oğlu Rüstəm Mürsəliyev – Azərbaycan Texniki Universiteti, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Şəhid mayor İlqar Verdiyevin oğlu Orxan Verdizadə - ADA Universiteti, Biznesin idarə edilməsi

Şəhid polkovnik-leytenant Kəşfiyyat İdarə rəisi Sənan Axundovun qızı Axundova Nəzrin Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti( (ГАСУ) Memarlıq fakültəsi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR