"Tottenhem"in futbolçusu İstanbul klubuna keçir

Yarımmüdafiə üçün transfer əməliyyatlarını davam etdirən "Qalatasaray"ın "Tottenhem"də forma geyinən Tanqi Ndombelenin keçidini həll etməyə yaxın olduğu bildirilir.

Metbuat.az xəbər verir ki, bu barədə "NTV Spor" kluba yaxın olan mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ingilis klubunun planlarında yer almayan 26 yaşlı fransız futbolçu üçün 15-20 milyon avro məbləğ ödənilməlidir.

Fransanın "Renn" klubu da oyunçunu almaq istəyib, lakin məbləğin yüksək olması səbəbindən geri çəkilib. Oyunçunun onunla maraqlanan "Fənərbağça"ya keçmək istəmədiyi iddia edilir.

Qeyd edək ki, Ndombele son mövsümü "Napoli"də keçirib. O, 40 oyuna çıxıb və 2 qol, 1 asisstlə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı