"Qarabağ" və "Olimpiya"nın start heyətləri bəlli oldu

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Sloveniya "Olimpiya"sının start heyəti bəlli olub.

Metbuat.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

"Olimpiya": 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.

Baş məşqçi: Joao Enrike.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan təmsilçisi ilk görüşdə iki cavabsız qolla qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR