Xəstəxana direktoru qəfil VƏFAT ETDİ

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, onun ölümünə səbəb axşam saatlarında kəskin ürək tutması olub.

O, dünən 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.

Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27.05.1970-ci il tarixində Quba şəhərində anadan olub. 1976-cı ildən 1987-ci ilədək Qubada 3 saylı orta məktəbdə təhsil alıb.

1988-1994-cü illərdə Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1994-1999-cu illərdə Rusiyada həkim-cərrah kimi fəaliyyət göstərib.

1999-cu ildə Azərbaycana qayıdıb və 2010-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib. 2010-cu ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb.

2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı