Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü, birinin isə yaralandığını təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirlik özü məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.Nəticədə daha 3 hərbi qulluqçumuz yaralanıb. Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.