“Yüklər çatdırılana qədər burada qalacağıq” - Baş katib

“Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.

Metuat.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq dörd gündür Ağdam-Xankəndi yolunda gözləyirlər və danışıqlar davam edir:

“Hazırda müvafiq cavab gözləyirik. Hər hansı bir nəticə olan zaman məlumatı sizinlə bölüşəcəyik. Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.

Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı