Rusiya iş adamlarının sərvəti cari ilin əvvəlindən artıb.
Metbuat.az "Bloomberg Billionaires Index"in reytinqinə əsasən xəbər verir ki, Rusiya üzrə Vladimir Potanin və Leonid Mikhelson milyarderlər siyahısında ilk 2 yeri bölüşür. Onların sərvətləri müvafiq olaraq 29,7 və 28,1 milyard dollardır.
Bundan başqa, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 7,25 milyard dollar qazanıb və üçüncü yerdə qərarlaşıb. Onun sərvəti 22,6 milyard dollara yüksəlib.
Qeyd edək ki, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov Rusiya Federasiyasının ən zəngin 10 milyarderindən biridir.