"Neftçi"yə qol vuran hücumçudan qalmaqallı davranış - VİDEO

"Beşiktaş"ın hücumçusu Vinsent Aboubakarın “Dinamo Kiyev”lə oyunda vurduğu qoldan sonra sevinci gündəm olub.

Metbuat.az xəbər verir ki, matçın 52-ci dəqiqəsində fərqlənən futbolçu qol sevincini rəqib klubun ehtiyat oyunçularının olduğu tərəfə gedərək qeyd edib. Matçın 4-cü hakimi oyunçunu dayandırmaq istəsə də, o sevincinə davam edib. Sevincdən sonra matçın hakimi Abubakara sarı vərəqə göstərib.

Qeyd edək ki, Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku pley-off mərhələsinin ilk oyunundan sonra "Beşiktaş"ın heyətindəki əcnəbi futbolçulara diqqət çəkərək "Afrika Milli Komandası" ilə müqayisə edib. Abubakarın qol sevinci ilə buna cavab verdiyi bildirilir. Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsində “Dinamo Kiyev”ə 1:0 və 3:2 hesabı ilə qalib gələn “Beşiktaş” qruplara vəsiqə qazanıb. Abubakar "Neftçi" ilə oyun zamanı da qol vurmuşdu.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı