Ərdoğanın Qabondakı 10 il əvvəlki çıxışı gündəm oldu - VİDEO

Afrikada Fransaya yaxın hökumətlərə qarşı həyata keçirilən hərbi müdaxilələrə Qabondakı çevriliş də əlavə edilib.

Metbuat.az xəbər verir ki, Qabonda Fransa hərbçilərinin ölkədən çıxarılması tələb edilir. Qərb tərədarlarının hakimiyyətdən uzaqlaşdırıldığı vaxtda Türkiyə mənbələri Prezident Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə Qabondakı çıxışını xatırladıb. Ərdoğan Qərb ölkələrinin Afrika ölkələrinə qarşı ədalətsiz davranışlarından danışmışdı. “Afrikanın brilyantlarını, qızıllarını, yeraltı sərvətlərini, hətta insanlarını da götürüb, geridə qalanları yoxsulluğa düçar edənlər vaxtı gələndə mütləq hesabını verəcək” - Ərdoğan Qabondakı çıxışında deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı