Çin 4 ölkənin ərazisini "işğal etdi": Qalmaqallı xəritə - FOTO

Çinin ölkə sərhədləri barədə son xəritəsi gərginliyə səbəb olub.

Metbuat.az xəbər verir ki, xəritədə Malayziya, Vyetnam, Filippin və Bruneyin iddia etdiyi Cənubi Çin dənizindəki mübahisəli ərazilərin, habelə Hindistan ərazisinin bir hissəsinin Çinə aid olduğu qeyd edilib. Çinin Cənubi Çin dənizini öz ərazisi kimi göstərməsi qonşu ölkələrin etirazına səbəb olub.

Cənubi Çin dənizində iddialarını irəli sürən Malayziya, Vyetnam, Filippin və Bruney Çinə etiraz edib.

İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Teuku Faizasyah Çinlə təmasda olduqlarını və ölkəsinin Pekin səfirliyi vasitəsilə məsələni müzakirə edəcəklərini bildirib. Filippinin Xarici İşlər Nazirliyi və Vyetnam da Çinə etiraz edib.

Çin'in son yayınladığı haritada Güney Çin Denizi'ni kendi sınırlarına dahil etmesi komşularını kızdırdı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı