Bu ölkədə 200 min uşaq ölə bilər - BMT-dən xəbərdarlıq

Maliyə lazımi yardım çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) mövzu ilə bağlı birgə bəyanat yayıb.

Açıqlamada davam edən münaqişələr, miqrasiya məsələləri və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.

Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilib. Qeyd edilib, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı