Zakir Həsənovun Türkiyədə işgüzar səfəri başa çatdı

Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişehirdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qarşılıqlı hədiyyələr təqdim edildikdən sonra birgə xatirə şəkli çəkdirilib.

Daha sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib.

Uçuş əmri verildikdən sonra qonaqlar qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib. Burada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri Ankarada keçirilən "Texnofest" Aerokosmik və Texnologiya festivalında iştirak ediblər.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.

"Texnofest" Aerokosmik və Texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR