ABŞ-nin Manhetten bölgəsindəki ən böyük məscidlərdən biri olan Nyu York İslam Mədəniyyət Mərkəzində ilk dəfə azan açıq şəkildə eşidilib.
Metbuat.az xəbər verir ki, azanın səsi səsgücləndirici ilə ətrafa yayılıb.
Qeyd edək ki, bundan əvvəl Nyu-York meri Erik Adams bildirib ki, cümə günü və Ramazan ayında şəhərdəki məscidlərdə çöldə azan verməyə icazə var.