Bu bürcləri çətin günlər gözləyir - "Merkuri retrosu" davam edir

Merkuri retrosu bütün bəşəriyyətə neqativ enerji gətirən astroloji hadisə kimi tanınsa da, bu dəfə üç bürc retroqradın təsirlərini daha dərindən hiss edəcək.

Metbuat.az avqustun 23-də başlayaraq sentyabrın 15-nə qədər davam edəcək Merkuri retrosundan ən çox təsirlənəcək 3 bürc haqqında məlumatı təqdim edir.

Ünsiyyət bürcü olan Əkizlər üçün Merkuri retrosu həmişə gərgin keçir. Ancaq bu dəfə tək probleminiz qarşı tərəfə çatmayan "WhatsApp" mesajları və ya itən elektron mesajlarınız olmayacaq. Ev şəraitində baş verə biləcək kiçik hadisələr gözlənilir. Əziz Əkizlər, ehtiyatlı olun.

Bu retro hadisəsi mükəmməl olmağa çalışan Qız bürcü üçün mənfi təsirlərə səbəb ola bilər. Qız bürcünün təbiəti tələbkar olduğundan qarşıdakı günlərdə stres səviyyəsi daha da artacaq.

Merkuri retrosunun səyahətləri kabusa çevirmə ehtimalı var. Gəzib dolaşmağı sevən Oxatanlar üçün bu əsl maneə çevrilə bilər. Yaxşı olar ki, bir müddət səyahətlərinizi təxirə salasınız.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR